Göyərtəsində 116 sərnişin olan gəmi qəzaya uğradı

Göyərtəsində 116 sərnişin olan gəmi qəzaya uğradı

Hazırda oxunan: Göyərtəsində 116 sərnişin olan gəmi qəzaya uğradı
626202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qayana sahillərində Şimal-Qərb rayonuna (Barima-Vaini bölgəsi) hərəkət edən MV BARIMA bərəsi aşıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Demerara Waves" nəşrinə açıqlamasında ölkənin ictimai məsələlər naziri Xuan Edqxill məlumat verib.
 

Nazirin sözlərinə görə, bərədə təxminən 116 nəfər olub. Onlardan səkkiz nəfər xilas edilib, digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


"Hazırda genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır və onların sağ-salamat tapılması üçün dua edirik", – deyə Xuan Edqxill bildirib.

İlkin məlumata əsasən, bərə paytaxt Corctaundan Port-Kaytumaya doğru hərəkət edirmiş. Xilasedicilər sərnişinlərin siqnal raketləri buraxmasından sonra gəminin yerini müəyyən edə biliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO