Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Hazırda oxunan: Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

626100

Əgər Amerika Birləşmiş Ştatlarının prezidenti Cey Di Vens olsaydı, hazırda İranla müharibə qeydə alınmazdı. 

Bizim.Media "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu iddia ilə tanınmış amerikalı jurnalist Taker Karlson çıxış edib.

Karlson Vaşinqtonun mövcud hərbi siyasətini kəskin tənqid edərək Vensin belə bir addım atmayacağını vurğulayıb:

"Cey Di Vensin ayağa qalxaraq xəyali bir nüvə proqramını məğlub etmək üçün bizə iki müharibənin lazım olduğunu söyləməsini təsəvvür belə edə bilmirəm. Bu, həddindən artıq dəlilikdir. Hesab edirəm ki, onun belə bir şeyi dilə gətirməyəcək qədər yüksək şəxsi ləyaqəti və özünə hörməti var".

Məşhur aparıcı siyasətçiyə olan rəğbətini və onun digər həmkarlarından fərqini bu sözlərlə ifadə edib:

"Mən onun 2024-cü ildə prezident seçilməsini çox istəyirdim, lakin bu, baş tutmadı. Əlbəttə, onunla hər məsələdə eyni fikirdə deyiləm, lakin onun dürüst, olduqca intellektual və alicənab bir insan olduğunu düşünürəm. Bu xüsusiyyətləri isə onu indiyə qədər qarşılaşdığım demək olar ki, bütün siyasətçilərdən qat-qat üstün tutur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO