Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Hazırda oxunan: Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

622012

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə ukraynalı hetman İvan Mazepanın şərəfinə böyük bir abidənin ucaldılacağını bəyan edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu tarixi şəxsiyyətin irsinin ölkə tarixində mühüm yer tutduğunu vurğulayıb.

Zelenskinin sözlərinə görə, abidə üçün ən ideal məkan artıq müəyyən edilib:

"Bu şəxsiyyətin miqyası dövlətimizin paytaxtında tamdəyərli bir abidənin ucaldılmasına layiqdir. Hesab edirəm ki, bunun üçün ideal yer artıq mövcuddur. Bu yer 2013-cü ilin dekabrından bəri Kiyevin Şevçenko bulvarında boş qalıb".
 

Qeyd edək ki, sözügedən məkanda uzun illər sovet rəhbəri Vladimir Leninin heykəli ucalıb. Həmin abidə 2013-cü ilin dekabrında Ukraynadakı "Avromaydan" hadisələri zamanı nümayişçilər tərəfindən yıxılaraq parçalanmışdı. Zelenskinin bu anonsu ölkədə sovet keçmişinin izlərinin silinməsi və milli tarixin yenidən canlandırılması istiqamətində atılan növbəti rəmzi addım kimi qiymətləndirilir.


Xatırladaq ki, İvan Mazepa XVII əsrin sonu, XVIII əsrin əvvəllərində yaşamış hərbi və siyasi xadim, Solsahil Ukraynasının hetmanı olmuş və uzun müddət I Pyotrun ən yaxın silahdaşlarından biri kimi tanınmışdır.

Şimal müharibəsi zamanı I Pyotrun məğlub olacağını düşünərək İsveç kralı XII Karlın tərəfinə keçib.

Andına xəyanət etdiyinə görə mülki edama məhkum edilmiş, bütün titul və mükafatlarından məhrum olunub. Rus Pravoslav Kilsəsi isə İncilə əl basaraq rus çarına sadiq qalacağına dair verdiyi andı pozduğuna, həmçinin İsveç əsgərlərinin pravoslav məbədlərini təhqir etməsinə şərait yaratdığına görə Mazepaya lənət (anafema) oxuyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO