"Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Ramazan bayramı münasibəti ilə sosial media hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, futbolçu Ramazan bayramı münasibətilə izləyicilərini təbrik edərək yazıb:
"Hamınızın Ramazan bayramı mübarək! Ümid edirəm ki, ailəniz və sevdiklərinizlə çox özəl bir gün keçirəcəksiniz. Hər birinizə sülh və xoşbəxtlik arzulayıram".
Qeyd edək ki, Ronaldo sözügedən klubla müqavilə bağladıqdan sonra ailəsi ilə Səudiyyə Ərəbistanında yaşayır. (Axşam.az)
Bizim.Media
































































































