Bu gün İran və Böyük Britaniyanın xarici işlər nazirləri – Abbas Əraqçı və İvet Kuper – Yaxın Şərqdəki gərginliyi müzakirə etmək üçün telefon danışığı aparıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Abbas Əraqçi teleqram kanalında məlumat verib.
Əraqçi bildirib ki, İran ABŞ və İsrail tərəfindən hücumlara məruz qalıb və ölkənin özünümüdafiə hüququ qorunmalıdır. O, bəzi Avropa ölkələrinin mövqelərini tənqid edərək Tehrana qarşı hər hansı bir hərəkətin ciddi nəticələr doğuracağını vurğulayıb.
Kuper isə böıgədə gərginliyin azaldılmasına çağırıb və münaqişənin Yaxın Şərq və qlobal sabitlik üçün yaratdığı risklər barədə narahatlığını ifadə edib.
Bizim.Media

































































































