Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna və NATO-nu Belarusa qarışmamağa çağırıb ki, “Oreşnik” partlamasın.
Bizim.Media xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
“Demirəm ki, sabah bu ‘Oreşnik’lə Vilnüsə, Varşavaya və ya Kiyevə zərbə endirəcəyik. Allah uzaq etsin. Bu bizim vəzifəmiz deyil. Biz öz ölkəmizi qorumaq istəyirik. “Oreşnik”in zərbə endirməməsi üçün siz də bizə qarışmayın. Nə Ukraynadan, nə Polşadan, nə Litvadan, nə də Latviyadan. Gəlin məsələləri insani şəkildə həll edək.
Mən hədələmək istəmirəm. Sadəcə istəyirəm ki, onlar yenə bunu tutub yeni bir şey başlatmasınlar. Siz nə düşünürsünüz, əgər onlar Belarus ərazisindəki obyektləri qanuni hədəf hesab etsələr, mən yatıb baxacağam? 70 km də, 200 km də vura bilərəm. Bizdə çatacaq vasitələr var. Ona görə də onlara məsləhət görərdim ki, boş-boş danışmasınlar. Əgər “Oreşnik”i qanuni hədəf hesab edirlərsə – buyursunlar”, – deyə Lukaşenko bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:58 / 13.03.2026
Lukaşenko Ukrayna və NATO-nu Belarusa qarışmamağa çağırdı - “Əks halda…”
Hazırda oxunan: Lukaşenko Ukrayna və NATO-nu Belarusa qarışmamağa çağırdı - “Əks halda…”
Hazırda oxunan: Lukaşenko Ukrayna və NATO-nu Belarusa qarışmamağa çağırdı - “Əks halda…”
601394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































