İrandan təxliyə DAVAM EDİR - 8 ölkənin vətəndaşları Azərbaycana keçdi

İrandan təxliyə DAVAM EDİR - 8 ölkənin vətəndaşları Azərbaycana keçdi

Hazırda oxunan: İrandan təxliyə DAVAM EDİR - 8 ölkənin vətəndaşları Azərbaycana keçdi

599695

Ötən gecədən bu gün 18:00-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 91 nəfər təxliyə olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, təxliyə edilənlər Azərbaycan, Çin, Pakistan, Tacikistan, Fransa, İsveç, Çexiya və Kuba vətəndaşları olub.
 

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.


Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO