İranın Xarici İşlər naziri Abbas Araqçi bəzi yüksək rütbəli komandirlərin öldürüldüyünü etiraf etsə də, İranın hərbi potensialının zəifləmədiyini və qisas əməliyyatlarının davam edəcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, nazir bəzi mühüm komandirlərin itirildiyini fakt kimi qəbul edib. Lakin o, vurğulayıb ki, İranın hərbi iyerarxiyasında "əvəzolunmaz şəxs yoxdur" və öldürülən hərbçilər bir neçə saat ərzində yeniləri ilə əvəz olunub.
Arakçi ötən ilin iyunundakı hücumları xatırladaraq bildirib: "O zaman 12 saat ərzində cavab vermişdik, bu dəfə isə daha sürətli olduq". O, İranın hərbi imkanlarının İsrail və ABŞ bazalarını vurmağa kifayət etdiyini deyib.
Nazir ABŞ ilə danışıqların mümkünlüyü barədə suala sərt reaksiya verib. O, ötən cümə axşamı Cenevrədə "çox yaxşı müzakirələrin" keçirildiyini, lakin "sülh əleyhdarlarının" (İsrail və Tramp administrasiyasına işarə edir) bu prosesi qəsdən pozduğunu iddia edib.
Arakçi həmçinin təsdiqləyib ki, İran Konstitusiyasına uyğun olaraq, Ekspertlər Şurası artıq yeni Ali Rəhbərin seçilməsi proseduruna başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
07:33 / 02.03.2026
Araqçi: "Komandirlərimizi itirdik, amma hərbi gücümüz yerindədir"
Hazırda oxunan: Araqçi: "Komandirlərimizi itirdik, amma hərbi gücümüz yerindədir"
Hazırda oxunan: Araqçi: "Komandirlərimizi itirdik, amma hərbi gücümüz yerindədir"
599091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































