Sverdlovsk vilayətində dəm qazından zəhərlənmə nəticəsində 5 nəfər ölüb.
Bu barədə TASS-a regional Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Mən faktı təsdiq edirəm”, - agentliyin həmsöhbəti TASS müxbirinin regionda dəm qazından zəhərlənmə nəticəsində 5 nəfərin ölməsi ilə bağlı sualına cavabında bildirib.
Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən agentliyə verilən məlumata görə, hadisənin baş vermə səbəbləri araşdırılır:
“Nijneserginsk bələdiyyə rayonunda baş verənlərin səbəblərini aydınlaşdırmaq üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri cəlb olunub”. (tass)

























































































