Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov telejurnalist Vladimir Solovyovun “Rossiya” telekanalından çıxarılmasının qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli Telegram kanalları məlumat yayıb.
Bildirilib ki, Solovyovun “Rusiya Mərkəzi Asiyada xüsusi hərbi əməliyyat keçirməlidir” açıqlamasından sonra onun dövlət televiziyasından qovulması gündəmə gəlib.
Prezident Administrasiyasındakı mənbənin bildirdiyinə görə, Solovyovun üzərində yenidən qara buludlar toplaşıb, lakin Kreml administrasiyası rəhbərinin birinci müavini Qromov Rusiyanın "baş təbliğatçısı" ilə bağlı hər hansı bir kadr dəyişikliyi qərarına şəxsən veto qoyub.
Qeyd olunur ki, Solovyovun son verilişlərində Mərkəzi Asiyada yeni “xüsusi hərbi əməliyyatın” mümkünlüyünü faktiki olaraq elan etməsi və Mərkəzi Asiya respublikalarını “Rusiya torpaqları” adlandırması Kremllə, daha doğrusu Kremlin bəzi qüllələri ilə Xarici İşlər Nazirliyi arasında güclü narazılığa səbəb olub. Onun bu açıqlamalarının Rusiya diplomatları üçün böyük problemlərə səbəb olduğu, onların özlərini müdafiə etməyə və teleaparıcının fikirlərinin Rusiya rəhbərliyinin mövqeyini əks etdirmədiyini açıq şəkildə bildirməyə məcbur olduqları bildirilib.
Mənbə əlavə edib ki, Solovyovun dövlət televiziyasından ayrılma ehtimalı real olub, lakin Qromov bu kadr dəyişikliyi qərarını bloklayıb.
Qeyd edək ki, Solovyov son çıxışlarının birində Rusiyanın Suriya, Venesuela ilə deyil, ilk növbədə Ermənistan və Mərkəzi Asiya ölkələri ilə maraqlanmalı olduğunu, bu ölkələrə qarşı “xüsusi hərbi əməliyyat” keçirməli olduğunu vurğulayıb. Onun bu çıxışından sonra Ermənistan Rusiyaya nota verib. Solovyovun Ermənistan tərəfindən verilən ordendən məhrum olunacağı bildirilib. Qırğızıstanın isə rusiyalı telejurnalisti “arzuolunmaz şəxs” elan edə biləcəyi açıqlanıb. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:48 / 15.01.2026
Solovyov “Rossiya” telekanalından qovulub?
Hazırda oxunan: Solovyov “Rossiya” telekanalından qovulub?
Hazırda oxunan: Solovyov “Rossiya” telekanalından qovulub?
590958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































