İranda Qasım Süleymaninin abidəsi yenidən yandırıldı - VİDEO

Hazırda oxunan: İranda Qasım Süleymaninin abidəsi yenidən yandırıldı - VİDEO

56852

İsfahan əyalətinin Dehakan şəhərində naməlum şəxslər Qasim Süleymaninin abidəsini yandırıblar.

Bizim.Media “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, yanğında iştirak edənlərin axtarışı davam etdirilir.

Bu, ABŞ-ın İraqda hava hücumu nəticəsində həlak olan İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin abidəsinin yandırılması ilə bağlı ikinci hadisədir. 

Yanvarın 5-də İranın Çeharmexal və Bəxtiyariya əyalətində naməlum şəxslər general Qasım Süleymaninin abidəsini yandırıblar. Hadisə vilayətin inzibati mərkəzində - Şehre Kord şəhərində abidənin açılışından cəmi bir neçə saat sonra baş verib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO