Azərbaycan vətəndaşları Donbasda saxlanıldı - TƏFƏRRÜAT

Azərbaycan vətəndaşları Donbasda saxlanıldı - TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycan vətəndaşları Donbasda saxlanıldı - TƏFƏRRÜAT

55663

Ukrayna Milli Qvardiyasının əsgərləri sərhəd xəttinin bir kilometrliyində Luqansk vilayətində iki Azərbaycan vətəndaşını saxlayıb. Kişilərdən birinin Ukraynada qalma müddəti yanvarın 10-da başa çatıb, ikincisi isə qanunsuz ölkədə olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna Milli Qvardiyasının mətbuat xidmətinə istinadən yayıb.

“Deddiklərinə görə, Ukraynada yaşayan qohumlarının yanından Rusiyaya qayıdanda azıblar və Milli Qvardiyanın postu ilə qarşılaşıblar”, - Ukrayna departamentinin açıqlamasında deyilir.

Qeyd olunur ki, hər iki şəxs əvvəllər məhkum olunub. Milli Qvardiyanın döyüşçüləri Azərbaycan vətəndaşlarını Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil veriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO