Türkiyə ilə Qətər arasında 15 müqavilə imzalandı

Hazırda oxunan: Türkiyə ilə Qətər arasında 15 müqavilə imzalandı

49530

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həmədin təkbətək görüşündən sonra müxtəlif sahələr üzrə iki ölkə arasında 15 müqavilə imzalanıb.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həmədin iştirakı ilə iki ölkə arasında 12 müqavilə imzalanıb.

Ümumilikdə isə diplomatiya, təhsil, səhiyyə, mədəniyyət, dini işlər, mətbuat, təhlükəsizlik, ticarət və s. sahələr üzrə 15 müqavilə imzalanıb.

Qeyd edək ki, Ərdoğan Dohada keçirilən Türkiyə-Qətər VII Yüksək Səviyyəli Strateji Komitənin toplantısında iştirak üçün dünəndən rəsmi heyətlə Qətərdə səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO