Yunan əlifbasında hərflər bitərsə yeni ştamlar necə adlandırılacaq? - ÜST-dən CAVAB

Hazırda oxunan: Yunan əlifbasında hərflər bitərsə yeni ştamlar necə adlandırılacaq? - ÜST-dən CAVAB

49132

“Koronavirusun mutasiyalarına yunan əlifbasının hərflərinə uyğun adlar verilir və onlar bitərsə, xüsusi ekspert qrupu təyinatlarla bağlı əlavə qərar verəcək”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Melita Vyunoviç “Moskva” radiosuna açıqlamasında bildirib.

ÜST nümayəndəsi əlavə edib ki, yeni variantların adlarının yunan əlifbası ardıcıllığı ilə adlandırılması insanların onları izləməsini asanlaşdırmaq üçündür:

“Prinsipcə, adlar mutasiyaların ilk aşkar edildiyi yerlərlə bağlı deyil, çünki onlar istənilən vaxt və hər yerdə görünə bilərlər”.

“Adlar ÜST-ün virusların təkamülü üzrə texniki məsləhət qrupunun xüsusi işçi ekspert qrupu tərəfindən təyin edilir. Qrupa daxil olan alimlər ÜST-ün işçiləri deyil, onlar təşkilata yalnız öz tövsiyələrini verirlər”, deyə Melita Vyunoviç vurğulayıb.

Onun sözlərinə görə, hazırda ən çox yayılmış COVID-19 ştamı “Delta”dır: “Bu yaxınlarda Cənubi Afrikada Omicron olaraq təyin olunan yeni mutasiya kəşf edildi. Əvvəlki iki "Nu" və "Xi" hərfləri niyə boş buraxıldı? "Nu" hərfi ingiliscə "yeni" deməkdir, "Xi", yəni “Ksi” hərfi isə Çin soyadı səsini verir. Ekspertlər belə qərara gəliblər ki, bu, cəmiyyətdə anti-Çin əhval-ruhiyyəsinə səbəb ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO