Tvitter şəbəkəsinin baş direktoru istefa səbəbini açıqladı: “Yalnız öz qərarım olub”

Tvitter şəbəkəsinin baş direktoru istefa səbəbini açıqladı: “Yalnız öz qərarım olub”

Hazırda oxunan: Tvitter şəbəkəsinin baş direktoru istefa səbəbini açıqladı: “Yalnız öz qərarım olub”

48398

Tvitter sosial şəbəkəsinin yaradıcısı Cek Dorsi bu şirkətin baş direktoru vəzifəsindən gedib.

Bizim.Media xəbər verir ki, onu bu vəzifədə şirkətin texniki direktoru Paraq Aqraval əvəz edib.

Dorsi bu barədə ərizəsində yazıb:

“Mən Tvitterdən getməyi qərara almışam. Hesab edirəm ki, şirkət öz təsisçilərinin iştirakı olmadan fəaliyyətini davam etdirməyə hazırdır. Paraqa Tvitterin baş direktoru kimi çox etibar edirəm.

Son on ildə onun işi şirkətdə müsbət dəyişikliklərə səbəb olub. İşə can yandırmasına və qabiliyyətinə görə, ona dərin təşəkkür edirəm. Onun rəhbərlik etməsi vaxtı yetişib”.

Dorsi qarşıdakı altı ay ərzində Tvitterin Direktorlar Şurasında qalmağı və bu şirkəti tam tərk etməzdən əvvəl vəzifənin transformasiyasına kömək etməyi planlaşdırır. Dorsi Tvitterin əməkdaşlarına elektron məktubunda yazır:

“Mən istəyirəm hamınız biləsiniz ki, bu vəzifədən getmək mənim və yalnız mənim qərarım olub”.

Cek Dorsi proqram təminatının amerikalı arxitektoru və sahibkardır. 2020-ci ildə Tvitterin baş direktorunun sərvətinin dəyəri 14,4 milyard dollar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO