Dünyanın ən böyük məscidlərindən birində sosial məsafə ləğv edildi

Hazırda oxunan: Dünyanın ən böyük məscidlərindən birində sosial məsafə ləğv edildi

41992

Məkkədə dünyanın ən böyük məscidlərindən biri hesab edilən Əl-Haramda koronavirus pandemiyası başladıqdan sonra ilk dəfə bazar günü namaz qılınıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Qərb mətbuatı yayıb.

Mənbə yazır ki, Əl-Haramın işçiləri sosial məsafə üçün qoyulan stikerləri döşəmədən çıxarıblar.

Səudiyyə mətbuatı qeyd edib ki, Məkkə artıq ziyarət üçün bu şəhərə gələn əcnəbiləri qəbul edəcək.

Eyni zamanda, məscidə gələnlər COVID-19 əleyhinə tam peyvənd edilməli və ərazidə maska taxmalıdırlar. Müsəlmanların əsas ziyarətgahı olan Kəbəyə girişi isə məhduddur.

Səudiyyə Ərəbistanı son aylarda tədricən normal həyata qayıtmağa başlayıb. 1 avqustdan etibarən krallıq koronavirusa qarşı tam peyvənd edilmiş turistləri qəbul edib. Bundan əlavə, bazar günündən etibarən peyvənd olunmuş azarkeşlər ölkənin bütün stadionlarında və digər idman qurğularında idman tədbirlərində iştirak edə biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO