Taliban yaraqlıları Əfqanıstanın paytaxtı Kabildən təqribən 130 kilometr məsafədə yerləşən Qəzni vilayətinin mərkəzi Qəzni şəhərini ələ keçiriblər.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Əfqanıstan rəsmiləri ölkədə gərginliyi və silahlı münaqişəni dayandırmaq üçün Talibana hökumətdə pay təklif edib.
MÖVZU İLƏ BAĞLI:
“Taliban” iki aeroportu ələ keçirdi
Bu barədə "Əl-Cəzirə" telekanalı adını çəkmədiyi Əfqanıstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, son günlər Taliban Qəzni ilə birlikdə 10 əyalət mərkəzini işğal edib.
Bizim.Media