Cənubi Afrika Respublikasında mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində azı 13 nəfər ölüb.xa0
Magistral avtomobil yolunda baş verən qəzadan dərhal sonra hər iki avtomobildə güclü yanğın başlayıb, nəticədə azı 13 nəfər diri-diri yanıb.
Hadisə yerindən cəmi dörd nəfəri xilasxa0 etmək mümkün olub. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.xa0xa0
Kvazulu-Natal əyalətində baş verən qəzanın səbəbləri hələlik məlum deyil. (Oxu.Az)































































































