Balıq dərisindən cinsi orqan yaratdılar:

Balıq dərisindən cinsi orqan yaratdılar: "Həyatıma girən kişilər tərəfindən də ələ salınırdım"

Hazırda oxunan: Balıq dərisindən cinsi orqan yaratdılar: "Həyatıma girən kişilər tərəfindən də ələ salınırdım"

227736
Braziliyada cinsi orqanı və uşaqlığı olmayan gənc qıza dünyada ilk dəfə balıq dərisindən cinsi orqan hazırlanıb.

Moderator.az xəbər verir ki, 23 yaşlı Jucilene Marinho dünyaya cinsi orqanı olmadan gəlib. Həyatının 20 ildən çoxunu bir cinsi orqanı olmadan keçirən gənc qadın dünyada ilk dəfə tətbiq edilən bir müalicə ilə cinsi orqana sahib olub.xa0

Gənc qadına tətbiq olunan müalicəyə başlamazdan əvvəl balıq dərisi laboratoriyada xüsusi təmizləmə və sterilizasiya prosedurundan keçirilib. Bu proseslərin sonunda balıq qoxusu aradan qaldırılıb və sterilləşdirilmiş qablaşdırmada iki ilə qədər saxlanılaraq açıq rəngli bir gelə çevrilib.
xa0
Yanıq və yara müalicələrində də tez-tez istifadə edilən balıq dərisindən hazırlanan cinsi orqan əməliyyatından sonrası Marinho o günlər haqqında belə danışıb:xa0

“Dünyanın sona çatdığını düşünürdüm. Hər zaman bir uşaq sahibi olmağı xəyal etdim. Eyni zamanda heç bir zaman həqiqi bir əlaqəm olmayacağını da düşünürdüm və dərin depressiyaya düşürdüm. Bundan başqa həyatıma girən kişilər tərəfindən də ələ salınırdım".

Qeyd edək ki, nadir görülən bu pozğunluq hər il təxminən 5.000 yeni doğulan qız uşaqlarındaxa0 təsadüf edilir.xa0


Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO