Türkiyədən TARİXİ ADDIM – “Orta Asiya” adı Türküstanla ƏVƏZ OLUNDU

Türkiyədən TARİXİ ADDIM – “Orta Asiya” adı Türküstanla ƏVƏZ OLUNDU

Hazırda oxunan: Türkiyədən TARİXİ ADDIM – “Orta Asiya” adı Türküstanla ƏVƏZ OLUNDU

215303

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) 2024-2025-ci tədris ili üçün tarix dərsliyində köklü dəyişiklik edib. Belə ki, “Orta Asiya” əvəzinə “Türküstan” adı daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "trthaber.com" saytı yazıb.

Mənbə qeyd edir ki, “Birliyimiz gücümüzdür” şüarı ilə Türk dünyasını hər sahədə güclü, daha dözümlü və dayanıqlı etməyi hədəfləyən Ərdoğan qeyd edib ki, "Türkiyə Cümhuriyyəti olaraq bütün Türk dünyasının sülhü, firavanlığı və təhlükəsizliyi istiqamətində addımlarımızı atmağa davam edəcəyik. Türk əsrinə baxışımızı Türk Dövlətləri Təşkilatına qədər genişləndirərək, gələcək dövrü türk dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq".

Mövzuya professor Ahmet Tasagil və dosent Ramin Sadıq "TRT Haber"də münasibət bildiriblər. Hər iki alim Təhsil Nazirliyinin bu qərarını yüksək dəyərləndirib.

Ahmet Tasagil rusların işğalı nəticəsində Türküstan əvəzinə Orta Asiya anlayışının istifadə olunmağa başladığını belə izah edib:

"Türklərin yurdu mənasını verən Türküstan sözü tarixin ən erkən dövrlərindən işlənməyə başlanıb. 19-cu əsrin ikinci yarısında başa çatan rus işğalı nəticəsində Orta Asiya anlayışı formalaşıb və geniş yayılıb".

Qeyd edək ki, Türküstan İranın Xorasan bölgəsindən başlayır, Pamir və Hinduş-Kunlun dağlarının şimal ətəkləri, Şimali Əfqanıstan da daxil olmaqla, Çinin Tun-huanq bölgəsinə qədər uzanır, oradan Mancuriyanın qərbinə çatır, bütün Cənubi Sibiri əhatə edir. Monqolustanla, qərbdə isə Ural dağları ilə birlikdə Volqa çayının Xəzər dənizinə çatdığı yerə qədər uzanır. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər Türküstan olub.

Məlumdur ki, Türküstan adını ilk dəfə qədim iranlılar, daha sonra isə ərəblər Orta Asiyada türklərin yaşadıqları bölgələri ifadə etmək üçün işlədiblər. 15-ci əsrdə Teymurun səfərləri haqqında yazılan əsərlərdə Türküstan Maveraünnəhirdən kənarda yaşayan türklərin vətəni olub. Bundan əlavə, Xəzər dənizinin şimalındakı ərazilər İbn Fədlanın Səyahətnaməsində Bilədü't-Türk, Əhməd Tusi və bəzi fars yazıçıları tərəfindən Türküstan adlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO