Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib

Hazırda oxunan: Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib

183209

Avropa İttifaqı (Aİ) Rusiyada keçirilən prezident seçkilərində ATƏT müşahidəçilərinin iştirak etməməsindən təəssüfləndiyini bildirib və “ciddi məhdudiyyətlər şəraitində keçirilən” səsverməni tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı bəyanatında qeyd edilib.

Müvafiq bəyanatı Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Xosep Borrel dərc edib.

“Rusiyadakı seçkilər siyasi məkanın getdikcə daralması kontekstində baş tutub, bu, vətəndaş və siyasi hüquqların pozulması hallarının həyəcan verici artmasına gətirib çıxarıb, bir çox namizədin, o cümlədən Rusiyanın qeyri-qanuni təcavüzkar müharibəsinə qarşı çıxanların hamısının seçkilərdə iştirakına mane olub. Eləcə də seçicilərin etibarlı məlumatlara çıxışı xeyli məhdudlaşdırılıb”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO