Ərdoğan: “Fransa terrorizmin əsas dəstəkçisidir” – VİDEO   

Hazırda oxunan: Ərdoğan: “Fransa terrorizmin əsas dəstəkçisidir” – VİDEO   

180499

"Fransa sözün əsl mənasında terrorizmin əsas dəstəkçisi oldu". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib. 

“Fransa şirkəti olan “La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır. Amma bu, işə yaramadı. Biz Suriyanın şimalında “La Farge”nin bütün mağaralarını dağıtdıq” – deyə Ərdoğan bildirib. 

O, əlavə edib ki, Türkiyəni istədikləri kimi idarə etməyə çalışan imperialist güclər var: 

“Biz həm daxili, həm də xarici təhdidlərlə mübarizə aparırıq. Koronavirus pandemiyası və Rusiya ilə Ukrayna arasında müharibə olmasa idi, imperialist güclər daha nələr edərdilər, Allah bilir. Bizim ən böyük uğurumuz bütün çətinliklərə rəğmən, ölkəmizdəki demokratiyanı qorumaqdır”.  
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO