Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, Qebreysus bu barədə öz tvitter hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı videomüraciət etdi - VİDEO
“Prezident Əliyev, BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə “COVID-19” peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışınıza görə sizə təşəkkür edirəm.
Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək üçün daha çox iş görməliyik. Peyvənd və sağlamlıq təminatı üçün birlikdə!”,- deyə ÜST Baş direktoru qeyd edib.
Bizim.Media