Almaniya Prezidenti Qazaxıstanda “Zərifə Əliyeva” gəmi-bərəsində oldu - FOTO

Hazırda oxunan: Almaniya Prezidenti Qazaxıstanda “Zərifə Əliyeva” gəmi-bərəsində oldu - FOTO

142594

Almaniya Prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına (Qazaxıstan) yan almış RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olublar.

Bizim.Media AZƏRTAC-a bildirilib ki, Almaniya Prezidentinə “Zərifə Əliyeva” gəmi-bərəsinin ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynaması ilə bağlı məlumat verilib.

Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub. Bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO