Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikri “Sağ sektor”x9dun (Pravıy sector) sabiq lideri Dmitriy Yaroş deyib.
Onun sözlərinə görə, Ukrayna 2016-cı ilin sonunadək parçalana bilər və onun ərazisində bir neçə yeni kiçik ölkə peyda olma ehtimalı var. “Və bu ehtimalın reallaşma risqi böyükdür. Ona görədə indidən təxirəsalınmadan dövlətin bu parçalanmadan xilasolma yolları aranmalıdır. Bunun üçün müəyyən addımlar atılmalıdır ki, hansı ki, belə analitik məlumatlar artıq ölkənin təhlükəsizlik qurumlarında mövcuddur. əgər qısa zamanda bu istiqamətdə təxidəsalınmaz addımlar atılmazsa dediyim fikirlərin reallaşaması qaçılmaz olacaq. Hazırki məqamda çox pessimist ssenarilər ortadadır. Bu ssenarilərə əsasən Ukraynanın varlığının müddətidi ilin sonunadəkdir”x9d, - Yaroş qeyd edib.
O əlavə edib ki, biz iki ildir ki, ölkənin şərqində döyüşürük, ancaq Kiyevdə isə tamam başqa hadisələr törənir. “Ona görə Kiyevdə də bir intizam yaratmaq lazımdır. Bunu isə konstitusion yolla edilməsi məndə inam yaratmırş Bunu hansısa digər bir yolla həll etmək lazımdır”x9d, deyə Yaroş vurğulayıb.
Qeyd edək ki, “Sağ sektor”x9d Ukraynanı radikal millit təşkilatlarının birləşməsi nəticəsində formalaşıb.
D. Yaroş 2014-cü ildə yaradılan bu birliyin lideri seçilsə də, 2015-ci ilin sonlarında liderlikdən imtina edərək sıravi üzv kimi qalıb.


































































































