ABŞ-ın hərbi bazasına raket zərbələri endirildi

ABŞ-ın hərbi bazasına raket zərbələri endirildi

Hazırda oxunan: ABŞ-ın hərbi bazasına raket zərbələri endirildi
127045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki Əl Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilir ki, ABŞ obyektinə hücum Mayadin şəhəri yaxınlığındakı Ayn Əli bölgəsindən həyata keçirilib.

Xatırladaq ki, bundan əvvəl Pentaqon gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələri Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan hədəflərə bir sıra hava zərbələri endirdiyi barədə məlumat yaymışdı. Bunun səbəbi martın 23-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına PUA ilə hücumu olub.
Hücum nəticəsində 1müqaviləli amerikalı hərbçi ölüb, 5 hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO