Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, qızları Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Armenia” nəşri yayıb.
Qeyd olunur ki, həmin vətəndaşlar bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınırlar və ilk məhkəmə iclası 2023-cü il yanvarın 19-na (15:00) təyin edilib.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xatırladıb ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə deyil.
Xatırladaq ki, Ermənistanın üçüncü prezidentinin qardaşı Levon Sarkisyan, qızı Ani və oğlu Narek də qanunsuz varlanmada, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar.
Levon Sarkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sarkisyan ev dustaqlığındadırlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:12 / 21.12.2022
Serj Sarkisyan və qızları MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Serj Sarkisyan və qızları MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Serj Sarkisyan və qızları MƏHKƏMƏ QARŞISINDA
110780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.