Türkiyəyə məxsus “F-16”lar İran sərhədindədir – VİDEO

Türkiyəyə məxsus “F-16”lar İran sərhədindədir – VİDEO

Hazırda oxunan: Türkiyəyə məxsus “F-16”lar İran sərhədindədir – VİDEO

108049

Azərbaycan-Türkiyə birgə təlimlərinə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları cəlb edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib. 

Bildirilib ki, qırıcılar artıq təlim üçün İranla sərhəd ərazilərə gətirilib.

Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. 
Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO