Bəhruz Camal: “Əksinə, istehsalçı kolbasaya “Qüds”x9d adı verməklə müqəddəs məkanı tanıtdırır”x9d
Azərbaycanda Qüds adlı kolbasa istehsal edilir. Bildiyiniz kimi Qüds müqəddəs məkandır. Qüds həm müsəlmanlar üçün, həm yəhudilər, həm də xristiyanlar üçün çox önəmli, müqəddəs şəhərdir.
Bəs müqəddəs məkanın adının ərzaq məhsuluna, kolbasaya verilməsinə necə baxırsınız?
Min illərin müqəddəs adını ətli qidaya verib, onu yemək müqəddəsliyə xələl gətirmir ki? Axı bizdə bütün müqəddəslərin adını restoran-kafelərə, qidalara verib, bu aliliyi çalıb-oynamaqla, yeməklə nəyə nail olmaq istəyirlər?
Moderator.az-ın xəbərinə görə, İslaminsesi.org-n suallarını cavablandıran Ədalət Partiyasının sədr müavini Heydər Oğuz deyib ki, iqtisadi maraqlar xətrinə dini dəyərlərdən faydalanmağı düzgün hesab etmir. Ədalətçinin sözlərinə görə, müqəddəs kitabımızda bir sıra ayələr Allahın kəlamını satmağı, bundan iqtisadi fayda əldə etməyi yasaqlayıb:
“Müqəddəs kəlamların hansısa ərzaq məhsulunun üzərinə yapışdırılması da Quranın bu hökmünə qarşı çıxmaqdır, onu heçə saymaqdır. İstehsalçıların həqiqətən islami dəyərlərə belə sayqısı varsa, məhsullarına ad qoyarkən Allahın bu hökmünü göz önündə tutmalıdırlar”x9d.
Məhsullara islami ad qoyanların dini duyğuları istismar etdiklərinə inanan Heydər Oğuz onlara ən yaxşı cavabı da istehlakçıların verə biləcəyini düşünür:

“Bu gün getdikcə dindarlaşan Azərbaycan insanı xüsusilə kolbasa və bənzər ərzaq məhsullarına etina ilə yanaşır. Aldığı məhsulda donuz yağının olmasını arzulamır. “Dini”x9d kolbasa istehsal edən istehsalçılar isə öz aləmlərində alıcıların bu həssasiyyətini nəzərə alıb “bizim məhsullarımız halaldır”x9d mesajı vermək üçün bu yola gedirlər. Vaxtilə “Halal”x9d markalı kolbasalara Qafqaz Müsəlmanları İdarəsinin xüsusi halallıq sertifkatı verdiyi də məlumdur. Məncə, din adından istifadə edib maddi mənfəət qazanmaq istəyən hər kəsə ictimai reaksiya göstərilməlidir. Azərbaycan insanı bu reaksiyanı həmin malları almamaqla göstərə bilər”x9d.
Xüsusilə kolbasaya bu cür etiketlərin yapışdırılmasını qəbul etməyən şair-publisist bu durumu qəribə bir əhvalatla müqayisə etdi:
“Bu yaxınlarda dostlarımdan biri məndən məsləhət almaq istəyirdi. Şərab istehsalı ilə məşğul olmağa qərar verdiyini, amma yaxşı marka adı tapmaqda əziyyət çəkdiyini dedi. Məndən istədiyi də ona yaxşı bir ad təklif etməyim idi. Mən də “məhsulunun adını Hacı İbrahim qoyarsan”x9d - dedim.
Niyə elə düşündüyümü soruşdu. Mən də dedim ki, Hacı İbrahim Nehrəmli konyak içdiyini bildirib. Bir hacının konyak içməsi çox anormal vəziyyətdir. Amma bu, həm də yaxşı reklam olar. Ruslar öz araqlarına Rasputinin, Qarbaçovun adını qoymurdularmı? Xüsusilə, içkini yasaqlayan Qarbaçovun adı arağa necə yaraşırdısa, Hacı İbrahim də o qədər gözəl marka adı ola bilər”x9d.
Sözsüz ki, mən bu sözləri ironiya ilə demişdim. Amma deyəsən, təklifimi ciddi qəbul edən dostum çox sevindi və bu barədə düşünəcəyini bildirdi. Nə yazıq ki, içərisində nə olduğu bəlli olmayan kolbasaya “Qüds”x9d adı qoymaqla arağa hacı adı qoymaq eyni şeydir. Hətta kolbasanın bu adı daha mənfurdur. Nədən ki, Hacı İbrahim Nehrəmli spirtli içki içdiyini özü də qəbul edir. Qüds isə haramın əsla yapışmadığı bir ünvandır. Üstəlik, bu sözün hərfi mənası da elə müqəddəslik deməkdir”x9d.
İlahiyyatçı Bəhruz Camal isə müqəddəs məkanın adının kolbasaya verilməsini normal hesab edir:
“Əgər istehsalçı kolbasa istehsalı zamanı şəriət qaydalarına riayət edirsə və adını “Qüds”x9d qoyursa, burda nə var ki? Əksinə, bu addım Qüdsün dolayısı ilə tanıtdırılmasıdır. Dindarların açdıqları çayxana və kafelərin hamısına müqəddəs hesab edilən adlar qoyulur”x9d.
Maraqlıdır. Görəsən, çayxanaya tutaq ki, Məkkə adı verib içində də sulu qəlyan xidməti göstərmək dini təbliğ etməkdir?
“Əlbəttə xeyir. Mən şəriət qaydalarına riayət etdiyi təqdirdə demişəm. Yəni müqəddəs ad verilən çayxana və ya yeməkxanada mütləq şəriət qaydaları gözlənilməlidir.
Əgər bir dindar çayxanasının adını “Hicaz”x9d, “Məkkə”x9d qoyub içində qarğabazarı açıb, dinə nə qədır zərbə vurursa, şəri qaydalara riayət etməyən bir şirkət də haram malına müqəddəs ad verməklə halalaşdırmaq istəyir”x9d.
Qeyd edək ki, dünyanın ən qədim şəhərlərindən biridir. Şərq hissəsi Fələstinnin hüquqi paytaxtıdır. Qərb hissəsini isə İsrail dövləti işğal edib.
1949-cu ildən İsrail Qüdsü paytaxt elən edir; 1967-ci ildən İsrail bütün şəhər ərazisini işğal edib.
Qüds həm yəhudilər, həm xristiyanlar, həm də müsəlmanlar üçün çox önəmli bir şəhərdir. Üç tək Allahlı dinin hÓ™r biri üçün müqÓ™ddÓ™s olan Qüdsdə bu dinlÓ™rin Ó™n məşhur mÓ™bÓ™dlÓ™rinin bir hissÓ™si yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtÓ™ kimi bÓ™şÓ™riyyÓ™t tarixindÓ™ özÓ™l bir Ó™hÓ™miyyÓ™t daşıyır.
QüdsdÓ™ olan Əl-Əqsa məscidi müsÓ™lmanların ilk qiblÓ™sidir. Qüds müsÓ™lmanlar üçün Məkkə vÓ™ MədinədÓ™n sonra üçüncü müqÓ™ddÓ™s şÓ™hÓ™rdir.
Abuzər Azəroğlu
- See more at: //islaminsesi.org/index.php/m-vqe/item/41334-kolbasaya-zhuds-ad-zhoymazhla-arazhha-hadz-ad-zhoymazh-eyni-sheydi#sthash.Dz6R4j0W.dpuf






























































































