Bakının mərkəzində kran aşdı: Yol bağlandı  - FOTO

Bakının mərkəzində kran aşdı: Yol bağlandı - FOTO

Hazırda oxunan: Bakının mərkəzində kran aşdı: Yol bağlandı - FOTO

77075
Bakıda kran aşıb. Faktla bağlı araşdırma aparılır.

Moderator.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən oxu.az-a verilən məlumata görə, Nəriman Nərimanov prospektinin İnşaatçılar prospekti ilə kəsişməsində (Statistika dairəsi) yol-nəqliyyat hadisəsi baş verib.

Yol-nəqliyyat hadisəsi nəticəsində N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hal-hazırda aşmış texnikanın yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.

NİİM sürücülərə alternativ olaraq İnşaatçılar prospektindən istifadə etməyi tövsiyə edir.

Hadisə şahidləri Oxu.Az-a bildiriblər ki, kran orda reklam lövhələrini götürmək istəyəndə aşıb.

Əraziyə polis cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO