Anadangəlmə əlili əsgər apardılar- ŞOK

Anadangəlmə əlili əsgər apardılar- ŞOK

Hazırda oxunan: Anadangəlmə əlili əsgər apardılar- ŞOK

75009
Moderator.az-a Ucar rayonundan bir ilginc şikayət məktubu daxil olub:

"Mən Quliyeva Gülşən Ağaysa qızı mətbuat vasitəsi ilə ölkə prezidenti İlham Əliyevdən kömək istəyir və bildirirəm ki, Ucar rayonunda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin şöbə rəisi başabəla polkovnik- leytenant Həbib Əliyevin haqqında ciddi tədbir görəsiniz.  
Övladım Quliyev Əhliman Qəhrəman oğlu 1997-ci il təvəllüdlüdür və anadangəlmə əlildir və pensionerdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasından 2006- cı ildə  keçərək artıq doqquz ildir ki, rəsmən əlil kimi sosial müavinat  alır.  
Anadangəlmə əlil olan övladımı Ucar rayonunda hərbi həkim komissiyasında hərbi xidmətə yararlı kimi yazaraq xidmətə göndəriblər. 
Cənab prezident, axı mənim xəstə övladımamı ehtiyacı var bu ölkənin? Hansı qanunda var ki, xəstə və əlil əsgər getsin?  Azərbaycan hərbisində rəsmən əlil olan insan hal-hazırda hərbi xidmət çəkir. Hansı güclü, qüdrətli qoşunun 48 kilo çəkisi olan xəstə uşağa ehtiyacı ola bilər axı?                             

Cənab prezident, Sizdən xahiş edirəm övladımı mənə geri verəsiniz. Bu uşaq hərbi xidmət çəkməyə yararsızdır, bir ayağa yerə çatmır, şikəstin qoşunda nə işi var axı?

Bir ana kimi yalvarıram, cənab Prezident, övladımı ölməyə qoymayın.
Zakir Həsənov, xahiş edirəm əlil övladımı mənə qaytarın. Müdafiə Nazirliyinin Hərbi Hospitalında təkrar komissiya təşkil edilsin. 
Arzu Rəhimov, sizdən də xahiş edirəm bu başabəla polkovnik- leytenantınızı işdən azad edin və həkim komissiyalarınızın fəaliyyətinə ciddi fikir verin ki, neçə- neçə anaların gözü yaşlı qalmasın. 
Xanlar Vəliyev, xahiş edirəm bu qanunsuzluğa hərbi prokror kimi göz yummayın .  

                                                               
Quliyeva Gülşən Ağaysa qızı.

valideynin telefonu       055 399 36 48     

komisar  Həbib Əliyev  050 207 17 16 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO