Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Hazırda oxunan: Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO
643510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil edilib. 

Bizim.Media xəbər verir ki, mediaturun məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. 

“Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqları ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə bağlı görülən işlərdən danışıb.

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 37

O, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi məqsədilə həyata keçirilən bərpa və yenidənqurma tədbirlərini də diqqətə çatdırıb.


Bildirilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpadan sonra 2026-cı ildə istifadəyə verilib. Hər iki turizm obyektində həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.

İdarə Heyətinin sədri M.Ağabəyli “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işlərinin mərhələli şəkildə davam etdirildiyini vurğulayıb.

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 38

Qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Qoruqdakı Xan sarayını, ümumilikdə 128 487 turist bilet alaraq ziyarət edib. Onlardan 72 309 nəfəri (56,28 faiz) yerli, 56 178 nəfəri (43,72) xarici turist olub. 42 050 nəfər isə ödənişsiz qaydada Qoruğu ziyarət edib.

Mediatur çərçivəsində jurnalistlər Qala Divarları Kompleksi daxilində XIX əsrə aid tarixi Barıt anbarı binası ilə tanış olublar.

Bildirilib ki, bərpa və konservasiya işlərindən sonra bu tarixi məkan sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzi kimi fəaliyyət göstərir. Burada həm yerli ustalar tərəfindən Şəkinin məşhur piti qabları (“dopu”) və su qabları hazırlanır, həm də şəhərə gələn turistlər üçün gil sənəti üzrə master-klasslar təşkil edilir. Dulusçu Şöyüb Məmmədov media mənsublarına gildən müxtəlif məişət əşyalarının hazırlanması prosesini  əyani nümayiş etdirib.

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 39

Mediatur iştirakçıları “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə də baş çəkiblər. Bu Mərkəz ölkənin qədim keramika ənənələrini qorumaq, sənətkarlığı inkişaf etdirmək və ailə təsərrüfatlarına dəstək olmaq məqsədilə yaradılıb. Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşən bu sənətkarlıq ocağında tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunur. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı jurnalistlərə məlumat verilib ki, Muzeydə bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatlar nümayiş etdirilir.

Burada, ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim olunur.

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 40

Mediatur iştirakçıları Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçiriblər. Şəbəkə ustası Tofiq Rəsulov jurnalistlərə bildirib ki, Mərkəzdə şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb. Şəbəkə sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi işinə şəkili gənclər böyük maraq göstərirlər. Tofiq usta və şagirdləri şəbəkə nümunələrinin hazırlanması prosesini əyani nümayiş etdiriblər.

Şəki Dövlət Rəsm Qalereyası ilə tanış olan jurnalistlərə məlumat verilib ki, bina tarixi-memarlıq dəyərləri qorunmaqla 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən bərpa edilib.

Rəsm Qalereyasının fondunda 361 ədəd eksponat var. Bu 361 eksponatdan 71 ədədi hazırda ekspozisiyada sərgilənir, 290 ədədi qalereyanın fond otağında saxlanılır. Qalereyada sərgilənən 71 eksponatdan 61 ədədi rəsm əsəri (25 qrafika, 31 rəngkarlıq, 5 dekorativ-tətbiqi sənət əsəri), 10 ədədi isə heykəldir. Qalereyada həm ölkə, həm də Şəki miqyasında məşhur Azərbaycan rəssamlarının sənət işləri sərgilənir.

Mediatur iştirakçıları “Kiş” Tarix-Memarlıq Qoruğunda, o cümlədən Qafqazın ən qədim apostol məbədi sayılan Kiş Alban məbədində də olublar.

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 41

Onlara məlumat verilib ki, iki min il yaşı olan bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub. Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir.

Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixini, mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir. 

Şəkiyə səfər çərçivəsində jurnalistlər Kiş kəndində sahibkar Arzu Turanginin “Ruh açarı” qonaq evi, həmçinin Şəki şəhər mərkəzində sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi ilə də tanış olublar. Media mənsublarına “Süsən” brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə ətraflı məlumat verilib.

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 42

Yuxarı Karvansaray abidə kompleksinin ərazisində fəaliyyət göstərən restoranda isə aşpaz Aynurə İsmayılova tərəfindən mediatur iştirakçılarına Azərbaycan milli mətbəxinin, xüsusilə Şəki bölgəsinin ən məşhur və ləzzətli yeməklərindən biri sayılan Şəki pitisinin hazırlanması prosesi əyani nümayiş etdirilib.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 1
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 2
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 3
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 4
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 5
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 6
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 7
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 8
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 9
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 10
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 11
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 12
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 13
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 14
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 15
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 16
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 17
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 18
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 19
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 20
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 21
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 22
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 23
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 24
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 25
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 26
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 27
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 28
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 29
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 30
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 31
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 32
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 33
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 34
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 35
Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO - foto 36

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO