Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

602629

Yaşayış binalarında mənzillərdən kabellər vasitəsilə elektrik enerjisi götürüb maşınların şarj edilməsi bu sahədəki çatışmazlıqla bərabər daha yeni problemə yol açdı: binaların elektrik enerjisində qısaqapanma və bunun nəticəsində yanğına səbəb oldu.

Artıq mütəxəssislər irəli sürən bu iddiaları təsdiqlədilər: elektromobillərin hündürmərtəbəli yaşayış evlərindən uzadılan naqillərlı şarj edilməsi yanğına səbəb olur.

Martın 17-də Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğının da elektrik avtomobillərinin binadakı elektrik cərəyanına qoşulması ilə baş verdiyi bildirilir.

Belə olduğu halda bu yanğına səbəb olan, öz cibini güdməklə başqasına ziyan verən elektrik avtomobillərinin sahibləri cəzalandırılmalı, yaxud kompensasiya ödəməlidir.

Qanunlar bununla bağlı nə deyir?

Hüquqşünas Ruslan Mustafazadə Bizim.Media-ya bildirdi ki, elektrik avtomobillərinin yaşayış binalarında mənzillərdən götürülən elektrik enerjisi ilə qeyri-qanuni şəkildə şarj olunması ciddi insidentə yol açıb.

Hadisə nəticəsində həm ayrı-ayrı şəxslərə, həm də qruplara külli miqdarda maddi ziyan dəyib.
 

“Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 187-ci maddəsi bu kimi halları tənzimləyir. Həmin maddəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində başqalarına xeyli və ya külli miqdarda ziyan vurulduqda məsuliyyət yaranır.


Maddə iki hissədən ibarətdir: ehtiyatsızlıq  nəticəsində xeyli miqdarda ziyan vurulması və külli miqdarda ziyan vurulması hallarıdır. Hər iki halda qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulur və məsuliyyətin dərəcəsi ekspertiza ilə təyin edilərək vurulan ziyanın həcminə uyğun müəyyən edilir”.

Ümid edirik ki, baş vermiş bu hadisədən sonra aidiyyəti qurumlar oxşar risklərin qarşısının alınması istiqamətində daha operativ və sərt tədbirlər görəcək.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO