Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb.
Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib.
Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:26 / 13.03.2026
Alimpaşa Məmmədovla bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Alimpaşa Məmmədovla bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Alimpaşa Məmmədovla bağlı QƏRAR VERİLDİ
601377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































