Onkoloji Klinikada növbə XAOSU – Sıxlığın səbəbi nədir? – VİDEO

Onkoloji Klinikada növbə XAOSU – Sıxlığın səbəbi nədir? – VİDEO

Hazırda oxunan: Onkoloji Klinikada növbə XAOSU – Sıxlığın səbəbi nədir? – VİDEO

601368

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasından çəkildiyi bildirilən bəzi görüntülər və narazılıq paylaşımları geniş müzakirələrə səbəb olub. Paylaşımlarda klinikanın gözləmə zallarında yaranan sıxlıq, növbə gözləyən xəstələrin çoxluğu və bunun fonunda baş verən mübahisələr əks olunub.

Vətəndaşların sözlərinə görə, klinikada aydın və nizamlı növbə sistemi tətbiq olunmadığı üçün xəstələr saatlarla gözləməli olur, bu isə xüsusilə müalicə almağa gələn onkoloji xəstələr üçün əlavə çətinlik yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq – RƏSMİ


İddialara görə, bəzi hallarda növbənin kimdə olduğu ilə bağlı anlaşılmazlıqlar yaranır və nəticədə xəstələr və onların yaxınları arasında mübahisələr baş verir.

Şikayət edən şəxslər bildirirlər ki, ən böyük narahatlıq isə kimyaterapiya proseduru üçün gələn xəstələrin vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, onsuz da ağır müalicə prosesindən keçən xəstələr uzun müddət gözləmək məcburiyyətində qalır, yaranan qarışıqlıq isə həm fiziki, həm də psixoloji baxımdan əlavə gərginlik yaradır.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən vəziyyət hazırda klinikada aparılan təmir işləriylə əlaqədardır:

"Klinikada təmir işlərinə başlanılıb. Ancaq klinika fəaliyyət göstərdiyi üçün  mərtəbələr hissə-hissə bağlanır. Buna görə də bəzi şöbələr bir müddətlik birləşdirildiyi üçün sosial şəbəkələrdə belə ajiotajlı kadrlar paylaşılır.

Həmçinin bildiyimiz kimi onkoloji xəstəliklər həssas xəstəliklərdəndir. Bu səbəbdən də bəzən bir xəstə ilə 3 nəfər gəlir, sıxlıq yarana bilir. Ancaq hazırda təmir işlərinə başlanılıb. Növbə məsələsini idarə etmək  çətindir, bu bəzən həkimlərin köməkçiləri, bəzən qeydiyyatçılar tərəfindən idarə olunur. Ancaq kadrlardakı kimi növbə sistemi tam gərgin deyil, sadəcə elə vaxtlar olur ki, xəstə ilə başqaları da birlikdə gəlir". 


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO