122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ qalıb – FOTO

122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ qalıb – FOTO

Hazırda oxunan: 122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ qalıb – FOTO

601358

Bir zamanlar Azərbaycan neftinin dünya bazarına çıxarılmasında mühüm rol oynayan və 1886-ci ildə inşa olunaraq istifadəyə verilən Bakı-Tiflis-Batum dəmir yolu xətti üzərində mövcud olan stansiyalardan biri də 1904-cü ildə inşa olunan Kürəkçay stansiyasıdır. Qərb bölgəsində Gəncədən sonra infrasturuktur baxımından ən əhəmiyyətlilərdən olan bu stansiya, 1904-cü ildən başlayaraq sərnişinlərin Şərq və Qərb istiqamətində daşınmasında, həmçinin Bakı neftinin borular vasitəsilə Gürcüstan ərazisinə ötürülməsində xüsusi rolu olub. 

Tarixçi Cavid Bağırzadənin Bizim.Media-nın yerli bürosuna bildirdiyinə görə ümumi uzunluğu 548,3 km olan Bakı-Tiflis-Batum dəmir yolu üzərində 26 stansiya və 53 körpü inşa edilib.


Həmin stansiyalar arasında xüsusi nasoslar mövcud olub ki, onlar vasitəsilə stansiyalar bir-birinə 50 atmosfer təzyiqində neft və neft məhsullarını ötürürmüş.


O çümlədən 1904-cü ildə inşa edilən Kürəkçay dəmir yolu stansiyasında olan bu aqreqatlar buradan da, Bakı neftinin Batuma ötürülməsi həyata keçirilib” deyə tarixçi əlavə edib. 

Tarixi Kürəkçay stansiyasının yaxınlığlnda isə hündür bir qüllə yerləşib. Bu qüllə vaxtilə Bakı neftinin qərbə, daha dəqiq desək Qara dəniz vasitəsilə xarici bazarlara çıxarılmasında müstəsna rol oynayıb. Belə ki, bu qüllədə buxar vasitəsilə əldə olunan elektrik enerjisi, nasos stansiyalarına ötürülüb ki, bu da neftin ötürülməsində müstəsna rol oynayıb. 


Cavid Bağırzadənin sözlərinə görə dövrünün unikal dəmir yol stansiyalarından biri olan Kürəkçay stansiyasında, gözləmə zalı, yeməkxana, inzibati otaqlar və bir sıra infrasturuktur mövcud olub.

Baki neft milyonçularının, eləcə də o vaxt Azərbaycanda fəaliyyət göstərən, neft maqnatlarının dayanacaq yerlərindən biri olan və Bakı-Tiflis- Batum dəmir yolu xətti üzərində yerləşən 26 stansiyadan biri də Kürəkçay stansiyası olub.

Artıq 122 ildir ki, öz mövcudluğunu qoruyub saxlayan tikili, bu gün sökülüb, dağılmaq təhlükəsi ilə üz-üzədir:

“Kürəkçay dəmir yol stansiyasının tarixi binası, ciddi dağıntılara məruz qalıb. Xoşbəxtlikdən bina tam dağılmayıb və binanın böyük bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Bu tarixi bina, Azərbaycan dəmir yolları stansiyalarından günümüzə qədər gəlib çatan bir nişanədir, nümunədir. Bu stansiyanın qorunub saxlanılması düşünürəm ki, çox vacibdir” deyə tarixçi Cavid Bağırzadə əlavə edib. Onun fikrincə bu tarixi bina Azərbaycanın dəmir yolu taixinin bir simvoludur. Əgər restavrasiya olunarsa həm dəmir yolu, həm də neft daşınması tarixini gələcək nəsillərə çatdıracaq bir kompozisiya ola bilər. 

Cavid Bağırzadə əlavə edib ki, Bakı-Böyük Kəsik və Tiflis-Bakı dəmir yolunun üzərində yerləşən, 122 yaşı olan tarixi Kürəkçay stansiyası bu gün şərq və qərb istiqamətinə daşınan sərnişinlərin Goranboy ərazisindən keçərkən diqqətini çəkən tikililər arasındadır. Ümid edirik ki, vaxitlə Azərbaycan neftinin xarici bazara çıxarılmasında və 100 ilə yaxın sərnişin stansiyası kimi fəaliyyət göstərən Kürəkçay stansiyası, tarixi görkəminə qaytarılaraq, gələcək nəsillər üçün qorunub saxlanılacaq. 
















Məqsəd Rəhimov,Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO