Klinikada həkimin otağından 5000 manat oğurlayan şəxs SAXLANILDI

Klinikada həkimin otağından 5000 manat oğurlayan şəxs SAXLANILDI

Hazırda oxunan: Klinikada həkimin otağından 5000 manat oğurlayan şəxs SAXLANILDI

599700

Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən bildirilib.

Naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb.
 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını fürsət bilərək oğurluq edib.


Faktla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO