TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

Hazırda oxunan: TikTok FIRILDAĞI: Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - VİDEO

596653

"Krediti, borcu olan yazsın, kömək edim"... Ərzağa ehtiyyacı olan yazsın, köməklik göstərim"... Son günlərdə sosial şəbəkələrdə, xüsusi ilə də TikTok-da bu cür elanlar paylaşan səhifələr çoxalıb...

Bizim.Media xəbər verir ki, “Xəzər Xəbər”in votsap qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, tiktokda canlı açan səhifəyə daxil olub. Daha sonra yardım üçün yazıb və səhifənin əsl niyyətinin fərqli olduğunu öyrənib.
 

Turqay Həsənovun sözlərinə görə, bütün məlumatları alan qarşı tərəf daha sonra nömrələri bloklayır. Biz də həmin səhifədəki nömrələrlə əlaqə saxlamağa çalışdıq. Amma nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta digər nömrələr söndürülmüşdü. Səhifədəki videolara yazılan şərhələrdə isə bu şəxslərin qurbanı olanların sayının çox olduğu açıq-aydın görünür.


Ekspertlər isə insanları hər hansı kart məlumatlarını paylaşan zaman daha diqqətli olmağa səsləyirlər. Tanımadıqları heç kimə şəxsi və kart məlumatlarını verməməyi tövsiyə edirlər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO