Kərkicahan sakini: "Ermənilər bizə "Siz türksünüz" deyirdilər" - VİDEO

Kərkicahan sakini: "Ermənilər bizə "Siz türksünüz" deyirdilər" - VİDEO

Hazırda oxunan: Kərkicahan sakini: "Ermənilər bizə "Siz türksünüz" deyirdilər" - VİDEO

596361

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Xankəndinin Kərkicahan qəsəbəsinə səfər edilib.

Bizim.Media xəbər verir ki, veriliş çərçivəsində Kərkicahan sakini xatirələrini bölüşüb.

O, uşaqlıq illərindən yadigar qalan və sonrakı dövrlərdə yaşadığı təcrübələrini belə qeyd edib:

"Mən uşaq idim, beş-altı yaşım var idi. Görürdüm ki, küçədə ayrı, evdə ayrı dildə danışırlar. Atamın anası başa salırdı ki, onlar erməni, biz isə azərbaycanlıyıq. Amma 30 il mən burada yaşadım, ermənilər bizə heç vaxt "azərbaycanlı" demədilər.
 

"Siz türksünüz" deyirdilər. Mən inanmazdım ki, belə bir şey olsun. Bir yerdə oturmuşuq, bir yerdə gəzmişik, xeyrimiz və şərimiz bir olub. Kiməsə nəsə lazım olanda hamı əl atıb. Açığını deyim, mənim burada 15 dostum varsa, onlardan 10-u erməni idi. Bir səhər-səhər, bir də axşam işdən evə gələndə Azərbaycan dilində danışırdım.


Hamımız onların dilini bilirdik, onlar da bizim dilimizi bilirdilər. Elə bir adam mənim üstümə hücum çəkdi, hansı ki, bir yerdə böyümüşük, bir yerdə çörək kəsmişik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO