Xəbər verdiyimiz kimi, Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verdiyi, qardaşı Nadir Abıyevin 73 yaşında vəfat etdiyi deyilib. Əhəd Abıyev qardaşının vəfat etməsi xəbərini təkzib edib.
Bizim.Media qafqazinfo.az-a açıqlamasında deyib ki, qardaşı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.
“Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb. İndi isə ev şəraitində müalicəsi davam edir. Amma qardaşım, ölməyib sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar”, deyə o, əlavə edib.
Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:14 / 29.01.2026
“Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev
Hazırda oxunan: “Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev
Hazırda oxunan: “Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev
593384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































