Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üzrə təhsil qeydiyyatını 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən həyata keçirərkən, paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Məlumata görə, müraciətlərin çoxluğunu nəzərə alaraq, kredit üçün müraciət edən şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən xüsusi yardım masası yaradılıb. Təhsil tələbə krediti üçün müraciət zamanı çətinliklə üzləşən şəxslər hər iş günü saat 09:00–18:00 aralığında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən Fondun ofisinə müraciət edərək dəstək ala bilərlər.
Bununla yanaşı, tələbələrə kredit müraciətləri ilə bağlı Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə də operativ köməklik göstərilir
Qeydiyyat linki: www.e-ttkf.edu.az
Çağrı Mərkəzi: (012) 599 12 02, 146-5
WhatsApp: 077 317 88 52, 077 317 88 53
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:15 / 25.12.2025
Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI
Hazırda oxunan: Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI
Hazırda oxunan: Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI
587380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































