“Süni İntellekt Akademiyası bu ildən fəaliyyət başlayıb. Həmin akademiyada hazırda birinci nəsil süni intellekt mühıəndislərinin yetişdirilməsinə başlanılıb. Süni intellektlə bağlı məhsulda həllərin formalaşması üçün bir çox biliklərə ehtiyac var. Proqramlaşdma dili olan, çox yaxşı riyaziyyat bilikləri lazımdır.
Təxminən 2500 müraciət edən şəxsdən bu sahədə 100-ə yaxın tələbə seçə bildik. Bu gənclər ölkəmizin istər riyaziyyat, istər proqramlaşdırma, istərsə də öz sahələrində ən parlaq istedadlarıdır. Təxminən, 6 ay ərzində süni intellekt sahəsində proqramlaşdırmanı daha dərindən öyrədəcəyik.
Nəticə odur ki, 6 ayın tamamında birinci nəsil süni intellekt mühəndisləri, data mühəndisləri, süni intellekt məhsulları yaradılma üzrə menecerləri biz görə biləcəyik”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Akademiyada tədrislə bağlı ABŞ-ın bir neçə universiteti ilə əməkdaşlıq edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:22 / 08.12.2025
Süni İntellekt Akademiyasına bu tələbələr seçilib – Nazir müavinindən AÇIQLAMA
Hazırda oxunan: Süni İntellekt Akademiyasına bu tələbələr seçilib – Nazir müavinindən AÇIQLAMA
Hazırda oxunan: Süni İntellekt Akademiyasına bu tələbələr seçilib – Nazir müavinindən AÇIQLAMA
584466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































