“Buta” körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə

“Buta” körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə "Şuşa uşaqların gözü ilə" adlı tədbir keçirilib - FOTOLAR

Hazırda oxunan: “Buta” körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə "Şuşa uşaqların gözü ilə" adlı tədbir keçirilib - FOTOLAR

579697
2011-ci ildən fəaliyyət göstərən “Buta” körpələr evi-uşaq bağçasının məqsədi ölkəmizə vətənpərvər, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan övladlar yetişdirmək, onlarda vətənimizə, dövlətimizə, xalqımıza sevgi və tolerantlığı aşılamaqdır.
 
Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə "ŞUŞA İLİ" elan olunub. Müvafiq sərəncama əsasən 21 dekabr 2022-ci ildə “Buta” körpələr evi-uşaq bağçasının və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ŞUŞA ilinə həsr olunan "Şuşa uşaqların gözü ilə" adlı tədbir keçirilib.
 
Tədbirdə uşaqlar Zəfərimizə həsr olunan şeirlər, mahnılar səsləndirib, rəqs nömrələri ilə çıxış etdilər. Uşaqların əl işlərindən ibarət Rəsm sərgisinə baxış keçirildi.
 
Sonda BUTA körpələr evi-uşaq bağçasının rəhbəri Günay Ağamalı, 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, gənc rəssam Vasif Nəcəfzadə iştrakçılara Təşəkkürnamələr və hədiyyələr təqdim etdilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO