Qaxda qəzaya düşən ana və 3 yaşlı qızının SON DURUMU

Qaxda qəzaya düşən ana və 3 yaşlı qızının SON DURUMU

Hazırda oxunan: Qaxda qəzaya düşən ana və 3 yaşlı qızının SON DURUMU

576141

Xəbər verdiyimiz kimi, Şəki-Qax avtomobil yolunun Qaxdan keçən hissəsində qəza baş verib.
 

MÖVZU İLƏ BAĞLI: 

Qaxda avtomaşın qəzaya uğradı - Qarşısına inək çıxıb - FOTO


Bizim.Media xəbər verir ki, belə ki, Qax rayonunun Qaratala kənd sakini Vəfadar Abdullayev idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomaşınla hərəkətdə olarkən qəfildən yolun sol hissəsindən inək avtomaşının qarşısına çıxıb.

Nəticədə sürücünün qızı Leyla Abdullayeva yüngül xəsarət alıb.

Xanım hadisənin anidən baş verdiyini bildirib:

"İnək sol tərəfdən qəfil yola çıxdı. Mən də sol tərəfdə əyləşmişdim. Sol qolum dirsəkdən əzilib, başım dəyib, hələ tam ağrı hiss etmirəm. İndi də şokdayam.

Anam da, 3 yaşlı qızım da  maşında idi. Özümdən çox valideynlərimə və qızıma görə qorxdum. Şükür, salamatlıq oldu”.


Leyla Abdullayeva deyir ki, hadisə daha ağır nəticə verərdi:

“Günah iribuynuzlu heyvanlarını gecə saatlarında magistral yola sahibsiz buraxan sakinlərdədir. Belə heyvan sahibləri tapılıb cərimə edilməlidir. Əgər onlara qarşı hər hansı cəza tədbirləri görülməzsə, belə hadisələrin təkrarlanacağı danılmazdır”.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO