"Kimsə onun başını doldururdu, guya qızım pis yola düşüb" - Mətanətin atası DANIŞDI/VİDEO

"Kimsə onun başını doldururdu, guya qızım pis yola düşüb" - Mətanətin atası DANIŞDI/VİDEO

Hazırda oxunan: "Kimsə onun başını doldururdu, guya qızım pis yola düşüb" - Mətanətin atası DANIŞDI/VİDEO

575685

“Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar”.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyib:

“Küsülü idilər. Bir-biriləri ilə danışmırdılar. Qız 3 aydır ki, evimdə idi. Ora getmirdi.

Uzaq qohumluğumuz var idi. O vaxt qaçırmışdı qızı. Əvvəllər yaxşı idi, pis deyildi. Sonra aranı qarışdırdılar. Kimsə onun başını doldururdu. Bu da deyirdi ki, guya qızım pis yola düşüb. Mənim həyatımı söndürdü”.

Xatırladaq ki, S.Hacızadə 4 ay imiş Monteneqroda işləyirmiş. O dünən Azərbaycana qayıdıb.

Bu gün isə əvvəlcə həyat yoldaşını qətlə yetirdiyi haqda video paylaşıb. Bir neçə saat sonra isə onun meyiti rayonun Əyyublu kəndində ağacda asılı halda aşkarlanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO