Ənvər Həsənovun qəbirüstü abidəsi ilə bağlı iddialara Mədəniyyət Nazirliyindən CAVAB

Ənvər Həsənovun qəbirüstü abidəsi ilə bağlı iddialara Mədəniyyət Nazirliyindən CAVAB

Hazırda oxunan: Ənvər Həsənovun qəbirüstü abidəsi ilə bağlı iddialara Mədəniyyət Nazirliyindən CAVAB

575068

Mədəniyyət Nazirliyi bu ilin mart ayında dünyasını dəyişmiş Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina olunması ilə bağlı iddialara cavab verib.
 

MÖVZU İLƏ BAĞLI: 

Ənvər Həsənov dəfn edildi – FOTO


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna verilən cavabda bildirilib ki, qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir.

Bununla belə, Nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır.

Rəsmi cavabda bildirilib ki, Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə Nazirlik onun vəziyyətini daim diqqətdə saxlayıb, müalicə prosesinə mümkün dəstəyi göstərib.

Sənətkarın vəfatından sonra da Nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirib.
 

“Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun zəngin yaradıcılıq irsini yüksək qiymətləndirir, onun Azərbaycan mədəniyyətində dərin iz qoyan fəaliyyətini böyük ehtiramla xatırlayır və sənətkarın xatirəsinin yaşadılmasına yönəlmiş təşəbbüsləri səlahiyyətləri çərçivəsində gələcəkdə də dəstəkləməyə hazırdır”.


Həmçinin bildirilib ki, Nazirliyin əsas vəzifəsi milli mədəni irsin qorunması, incəsənətin və yaradıcı mühitin inkişaf etdirilməsi, həmçinin mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsidir.
 

Qeyd edək ki, Xalq artistinin qızı Aytən Həsənova atası dünyasını dəyişəndən bir neçə gün sonra abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət etsə də, müsbət cavab almadığını bildirib. Hətta ailəyə verilən məlumata görə, Ə.Həsənov Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməyəcəkləri deyilib.


Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov bu il martın 16-da 74 yaşında dünyasını dəyişib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO