ETX haktivist qrupların kiberhücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

ETX haktivist qrupların kiberhücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: ETX haktivist qrupların kiberhücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

574631

Elektron Təhlükəsizlik Xidməti (ETX) haktivist qrupların kiberhücumları ilə bağlı tədbirləri gücləndirməyi tövsiyə edib.

Bizim.Media xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır.

Qeyd edək ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.

Bu hücumların məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO