
- A-
- A
- A+
Şuşa ilə bağlı film çəkiləcək - VİDEO
“Şuşa İli” ilə bağlı Tədbirlər Planı hazırlanır.
Bizim.Media xəbər verir ki, Tədbirlər Planına əsasən Şuşadakı mədəniyyət abidələrinin, infrastukturun bərpası daxildir.
Həmçinin, il ərzində Şuşada Azərbaycan mədəniyyətinin incisi olan muğamın, xalçaçılıq ənənələrinin dirçəldilməsi üçün işlər görüləcək.
Bundan başqa, yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək, konsert, festival və media-turlar təşkil ediləcək.
Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi də nəzərdə tutulub. İl ərzində “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Üzeyir Hacıbəyli Musiqi Festivalının keçirilməsi planlaşdırılır.
Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar Ədəbiyyat Festivalının keçirilməsi də nəzərdə tutulub.
Tədbirlər Planının hazırlanmasının yaxın zamanlarda yekunlaşması və təsdiqlənməsi gözlənilir. (AzTV)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































