Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlandı

Hazırda oxunan: Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlandı

56851

Ötən il ərzində 10 min 943 şəxs barəsində amnistiya tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.

K.Əliyev bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir.

"Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib", - K.Əliyev deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO