Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı - FOTO

56839

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Emin Verdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. 

Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. 

Bundan başqa polis əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi və saxta qeydiyyat nişanları ilə idarə etməsi aşkarlanıb.
Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO